Məktəbimiz

                  


Azərbaycanda sovet  hakimiyyəti qurulduqdan sonra Cəlilabad rayonu 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar və həmin ildən isə Cəlilabad adlandırılıb.

1958-ci ildən Cəlilabad Rayon Xalq Maarif Şöbəsi fəaliyyətə başlamışdır.

1989-cu ilin yanvar ayından adı dəyişdirilərək Rayon Xalq Təhsil Şöbəsi, 1993-cü ilin oktyabırından isə Rayon Təsil Şöbəsi adlandırılmışdır.

Hazırda Cəlilabad Rayon Təhsil Şöbəsinin tabeliyində 125 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 37 ümumi orta, 14 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Cəlilabad rayon Göytəpə şəhər 1№-li tam orta məktəb Milli Qəhrəman Vüqar Mürsəlov adınadır. Yerləşdiyi bina 1959-cu iıdə tikilmiş, 1961-ci ildən məktəb kimi fəaliyyət göstərir.Ünvan Qurtuluş küçəsi 144 də yerləşir. Məktəb iki növbəli, 6 günlükdür. Tədris dili Azərbaycan və rus dillərində aparılır. Məktəbdə keçirilən xarici dillər ingilis və rus dilidir. Məktəblə əlaqə vasitəsi goytepe1sayli@mail.ru elektron poçtu və direktorun mobil telefon nömrəsi +994503873522. Məktəbin direktoru Ələkbərov Zaur Zakir oğlu direktorların işə qəbulu müsabiqəsinin bütün mərhələlərini uğurla keçərək təhsil naziri Mikayıl Cabbarovun 26 noyabr 2017 ci il K-843 nömrəli əmri ilə Göytəpə şəhər 1 №-li tam orta məktəbə direktor təyin olunmuşdur. Məktəbdə 107 müəllim, 30 texniki işçi və 1500 dən yuxarı şagird var.


Şərhlər