Məktəbəqədər hazırlıq qrupu


 

Uşaqların yaş həddi

  • Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

 

 Məşğələlərin müddəti

  • Həftədə 4 gün olmaqla, 12 məşğələ;
  • Bir gün ərzində 3 məşğələ;
  • Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə
  • Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

 

 

Keçirilən məşğələlər

  1. Ətraf aləmlə tanışlıq
  2. Savad təliminə hazırlıq və nitq inkişafı
  3. Bədii təfəkkürün inkişafı
  4. Məntiqi və riyazi təfəkkürün inkişafı
  5. Təsviri fəaliyyət
  6. Musiqi
  7. Fiziki mədəniyyət

 

Tələb olunan sənədlər

1.Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));

  1. Uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);
  2. 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil;
  3. Məktəb direktorunun adına ərizə;

 

Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir

  • Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.
  • Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.

 

Ərizə formaları üçün Daxil ol

Məktəbəqədər hazırlıq qruplarına dair əlavə suallarınız üçün   >> Əlaqə <<

 

 

 

 

 

Şərhlər