Ümumi orta təhsil

Azərbaycan Respublikası təhsil nazirinin
20.07.2018-ci il tarixli, F-526 nömrəli əmrinə
əmrinə 15 nömrəli əlavə

 

Tədris planına dair qeydlər

1. Təmayül sinifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar
tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin
2.6-cı bəndinə uyğun olaraq, şagirdlərin sayı ən azı 20 (iyirmi) nəfər olmaqla
komplektləşdirilir.
2. Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2
(iki) qrupa bölünür:
2.1. Tədris rus dilində aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi”.
2.2. Tədris dilindən asılı olmayaraq “Xarici dil”, “İkinci xarici dil”, “Fiziki tərbiyə”.
3. Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların meyilmaraqları,
buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül
siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır.
4. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb
Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə (“texniki” təmayül
üzrə “Riyaziyyat”, “Fizika” və “Kimya”, “riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə “Riyaziyyat”,
“Coğrafiya” və “Azərbaycan tarixi”, “humanitar” təmayül üzrə “Azərbaycan dili”, “Xarici dil”,
“Azərbaycan tarixi” və “Ümumi tarix”, “təbiət” təmayülü üzrə “Biologiya”, “Kimya” və “Fizika”)
digər bir təmayül fənni hesabına 1 (bir) saat artıq vaxt verilə bilər.
5. Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə
ayrılmış 2 (iki) saatdan 1 (bir) saatı bütün şagirdlər cəlb olunmaqla “Nitq mədəniyyəti”, digər
1 (bir) saatı isə “İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.
6. Bütün təmayüllər üzrə siniflərdə təsdiq edilmiş cədvəl əsasında “Nitq
mədəniyyəti” fakültativ kursu, “texniki”, “humanitar”, “təbiət”, “texniki və təbiət” təmayüllü
siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu dərsdənkənar vaxtlarda, “riyaziyyatiqtisadiyyat”,
“texniki və riyaziyyat-iqtisadiyyat”, “humanitar və riyaziyyat-iqtisadiyyat”
təmayüllü siniflərdə “İqtisadiyyatın əsasları” fakültativ kursu isə dərs cədvəlinə salınmaqla
tədris olunur.
7. “Nitq mədəniyyəti” və “İqtisadiyyatın əsasları” fakültativ kursları Təhsil Nazirliyi
tərəfindən təsdiq edilmiş proqram əsasında tədris edilir. 8. Bir qayda olaraq, “Nitq mədəniyyəti” fakültativ kursu tədris Azərbaycan dilində
olan siniflərdə Azərbaycan dili və ədəbiyyat, tədris rus dilində olan siniflərdə rus dili və
ədəbiyyat müəllimləri, “İqtisadiyyatın əsasları” fakültativ kursu isə coğrafiya müəllimləri
tərəfindən tədris olunur.

Şərhlər